Alim rektora yeni müşavir təyin olundubackend

Alim rektora yeni müşavir təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış simalarından biri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rektorun müşaviri vəzifəsinə təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) və Moskva Dövlət Universitetində təhsil alıb, Almaniyanın Münhen, Ştutqart və Berlin universitetlərində dərs deyib, Münhendə yerləşən nüfuzlu “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində uzun illər “Dinamik sistemlər” şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Hazırda dünyanın aparıcı universitetlərində, o cümlədən Stanford, CalTech, Waseda, UofT, Waterloo, Şanxay, Sidney, Münhen Texniki Universitetlərində, eləcə də Riyaziyyatın “Məkkəsi” sayılan və Kanadanın Toronto şəhərində yerləşən Fields İnstitutunda “Distinguished Visiting Professor” statusunda fəaliyyət göstərir və tematik proqramlara rəhbərlik edir.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.\\Valyuta.az