Aliment borcunu ödəyməyən kişi həbs edildibackend

Aliment borcunu ödəyməyən kişi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəməyən şəxs həbs olunub.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Samux rayon Sərkar kənd sakini 1979-cu il təvəllüdlü Aydın İbrahimov barəsində Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə iş açılıb. İşə Gəncə şəhər Kəpəz rayon məhkəməsində baxılıb. Məlumata görə, Aydın İbrahimov ailə həyatı qurduğu Vəfa Sadıqovadan 2013-cü ildə boşanıb. Məhkəmə onun 2006 və 2008-ci il təvəllüdlü övladlarının anasında qalmasına və Aydının uşaqların hər biri üçün hər ay 80 manat (ümumilikdə 160 manat) aliment ödəməsinə hökm edib. Lakin A.İbrahimov bu məbləği ödəməyib və onun ümumilikdə 8 160 manat borcu yaranıb.

Məhkəmədə çıxış edən Aydın İbrahimov bildirib ki, o, daha öncə 2013-cü ildə çıxarılan qətnamə üzrə 28 mart 2017-ci il tarixədək hesablanmış aliment borcunu ödəmədiyinə görə barəsində cinayət işi başlanılıb və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmü ilə bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Kəpəz Rayon Məhkəməsinin bu ilin 18 may tarixində çıxardığı hökmə əsasən, A.İbrahimova alimenti ödəmədiyinə görə 1 il həbs cəzası verilib.