Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən Zərdab rayon sakini Yusif Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
NOCOMMENT.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Təhməzov 11 il 6 ay azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Y.Təhməzov Bərdə şəhər sakini Günay Təhməzova ilə ailə həyatı qurub və birgə nikahdan iki övladları dünyaya gəlib. Bir müddətdən sonra cütlük arasında mütəmadi mübahisələr olub və onlar rəsmi qaydada boşanıblar. Qadın övladları ilə birlikdə Bərdə rayonuna, valideynlərinin yanına qayıdıb.
Hadisədən bir müddət sonra Yusif uşaqlarına aliment ödəsə də, Günay ona övladları ilə görüşə icazə verməyib. Yusif bir neçə dəfə keçmiş həyat yoldaşına bu barədə xəbərdarlıq etsə də, Günay onun hədələrinə məhəl qoymayıb.
Faktla bağlı cinayət işi başlanıb və Yusif polis əməkdaşları tərəfindən saxlanılıb.//Oxu.Az