Qar və Buz Məlumatları üzrə Milli Mərkəzin beynəlxalq alimlər qrupu bu qənaətə gəlib ki, 21-ci əsrin sonunda qlobal istiləşmə səbəbindən Arktika tanınmaz dərəcədə dəyişə bilər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə araşdırma “Science” elmi jurnalında dərc olunub.
Hesablamalar göstərir ki, 2100-cü ilə qədər qlobal temperatur sənayedən əvvəlki səviyyələrlə müqayisədə 2,7°C arta bilər.
Arktika istiləşməsi qlobal orta göstəricidən dörd dəfə yüksək olacağı təqdirdə, bu templərlə region köklü dəyişikliklərlə üzləşəcək.
Proqnozlara görə, 75 il ərzində Şimal Buzlu Okeanı yayda bir neçə ay tamamilə buzsuz qalacaq.
Temperaturun 0°C-dən çox olduğu Qrenlandiyanın buz örtüyünün sahəsi dörd dəfə artaraq dəniz səviyyəsinin qalxmasını sürətləndirəcək.
“Bəşəriyyət bütün mənzərələri Yer üzündən silmək gücünə malikdir. Arktikanın gələcəyi bizim hərəkətlərimizdən asılıdır”, – Hamburq Universitetindən alimi, tədqiqatın həmmüəllifi Dirk Notz deyib.