Alimlər koronavirusun erkən əlamətini aşkarladılarbackend

Alimlər koronavirusun erkən əlamətini aşkarladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyalı alimlər COVID-19-un erkən simptomunu aşkar ediblər.

NOCOMMENT.az NSN-ə istinadən xəbər verir ki, bununla bağlı keçirilən tədqiqatda 40-69 yaşlı 21 pasiyent iştirak edib. Ekspertlər tədqiqatın 29% iştirakçısının ağız nahiyəsində selikli qişada güclü səpki aşkar ediblər. Məlumata görə, onlarda səpki infeksiyanın başqa əlamətlərinə qədər 2 gün ərzində görünüb.

Bununla belə, alimlər hələlik bu simptomun geniş yayılması haqqında danışmağa çətinlik çəkirlər. Məsələ burasındadır ki, ağız boşluğunun müayinəsi koronavirusun yayılmasına qarşı mübarizəyə yönəldilmiş təhlükəsizlik tələblərinə görə çətinləşib.

Daha əvvəl bildirilirdi ki, Fransa alimləri ağır formalı koronavirus xəstələrində ümumi simptom aşkar ediblər. Tədqiqatçılar süni tənəffüs cihazında, ağır vəziyyətdə olan 50 COVID-19 xəstəsinin vəziyyətini araşdırıblar. Nəticədə məlum olub ki, onların hamısının qanında interferon çatışmır. Ağır vəziyyətdə olan pasiyentlərdə orqanizmdə infeksiyanın yayılmasını yavaşıdan I tip interfer çatışmazlığı müşahidə olunub.
Report