Alimlər ömrü uzadan içkinin adını açıqlayıblarbackend

Alimlər ömrü uzadan içkinin adını açıqlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşıl çaydan istifadə etmək, dünyada əsas ölüm səbəblərindən biri olan ürək-damar xəstəliklərindən qorunmağa və bununla da ömrü uzatmağa kömək edir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə “Mirror” Çin alimlərinin araşdırmasına istinadən yazıb.

Təcrübədə xərçəng, infarkt və ya insult keçirmiş yüz mindən çox insan iştirak edib. Subyektlər iki qrupa bölünüb: bəziləri həftədə ən azı üç dəfə çay içib, bəziləri isə yox.

Yeddiillik araşdırma göstərdi ki, birinci qrupdakı insanların infarkt və ya insultdan ölmə riski 20% azalıb, eynilə bu cür diaqnozların qoyulma ehtimalı kimi. Bundan əlavə, digər səbəblərdən ölüm riski də 15% azalıb.

Həmçinin məlum olub ki, mütəmadi olaraq çay içən eksperimentdə iştirak edən 50 yaşlı iştirakçılarda ürək-damar xəstəlikləri bu içkini içməyənlərə nisbətən demək olar ki, il yarım gec yaranıb. Həmçinin, tədqiqat müəllifləri çayı südlə içməməyə çağırıblar – bu, içkinin potensial müsbət təsirlərini məhv edir.