Alimlər “Qiyamət günü” asteroidlərinin sürüsü ilə bağlı ümidverici məlumatlar əldə ediblərbackend

Alimlər “Qiyamət günü” asteroidlərinin sürüsü ilə bağlı ümidverici məlumatlar əldə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Merilend Universitetindən olan amerikalı astronomlar müəyyən ediblər ki, Yer yaxınlığında sürüklənən Taurid sürüsü adlanan asteroidlər qrupu planetimiz üçün əvvəllər düşünüldüyündən daha az təhlükə yaradır.

NOCOMMENT.az xəbər verir ki, tədqiqatın nəticələri Amerika Astronomiya Cəmiyyətinin (AAS) illik toplantısında təqdim olunub.

Tauridlərin böyük Encke kometinin fraqmentləri olduğuna inanılır. Onları Yerdən oktyabr və noyabr aylarında müşahidə etmək olar. Bəzi alimlərin fikrincə, dağıntı buludları Yerə düşə biləcək ölçüləri birdən 100 kilometrə qədər olan təhlükəli asteroidləri gizlədə bilər. Bu səbəbdən Tauridlər “Qiyamət Sürüsü” adlı qorxunc ləqəbi aldılar.

Yeni araşdırmada komanda planetimizə yaxınlaşan kosmik axını müşahidə etmək üçün Zwicky Transient Facility (ZTF) teleskopundan istifadə edib.

Astronomların fikrincə, Taurid dəstəsindən asteroidlə toqquşma riski ilkin ehtimallardan xeyli aşağı olub. Onlar qeyd etdilər ki, buludun əsas obyektinin diametri 10 kilometrdən çox deyil və buna görə də ondan 10 dəfə böyük fraqmentlər yarada bilməzdi.

Həvəsləndirici nəticələrə baxmayaraq, tədqiqatçılar asteroidin erkən aşkarlanması sisteminin davamlı sayıqlığına və təkmilləşdirilməsinə çağırıblar.