Alimlər xərçəngə səbəb olan peşələri açıqlayıblarbackend

Alimlər xərçəngə səbəb olan peşələri açıqlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər sağlamlıq üçün təhlükəli olan peşələri açıqlayıblar.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, sağlamlıq üçün riskli olan peşələrin siyahısına manikur ustası liderlik edir. Hər gün bu peşəyə yiyələnlərin sayının artaraq evdə fəaliyyət göstərməsi cəmiyyət üçün ciddi təhlükə doğurur.Bunun əsas səbəbi çoxunun qoruyucu avadanlıqlardan istifadə etməməsidi. Alimlər həmçinin dırnaq laklarının xərçəngə səbəb olduğunu da qeyd ediblər.

İkinci yerdə ofis işləri dayanır. Elm adamları hərəkətsiz ofis işlərinin sağlamlığa ciddi zərər vurduğunu açıqlayıblar.
Digər riskli peşə isə gözəllik salonlarında çalışan saç ustasının işidir. Bildirilir ki, hər gün kimyəvi boyalarla çalışmaq sağlamlığa mənfi təsir edir.

Stüardessaların uçuşlarda tez-tez radiasiyaya məruz qaldığını bildirən mütəxəssislər bu peşəni də siyahıya əlavə ediblər.
Onkoloji xəstəliklərə səbəb olan peşələrdən biri də gecə növbəsidir. Rejimin pozularaq immuntetin zəifləməsi ciddi xəstəliklərin yaranmasına səbəb olur.