Alimlər: Yerə tərəf uçan asteroid koronavirusdan təhlükəlidirbackend

Alimlər: Yerə tərəf uçan asteroid koronavirusdan təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük bir asteroid Yerə yaxınlaşır. Bu səma cismi planetimiz üçün koronavirusdan daha təhlükəli ola bilər. Belə bir açıqlama ilə “Planetin Müdafiə Mərkəzi”nin direktoru Anatoli Zaytsev çıxış edib. Onun sözlərinə görə, aprelin 29-da Yerin yaxınlığından keçəcək “1998 OR2” adlı obyekt “potensial təhlükəli” kimi təsnif edilir.

“Bu ölçüdə bir asteroid Yerə düşsə, indi koronavirusla qarşılaşdığımız bütün bu problemlər qurtaracaq. Bu, insanləğı göz qırpımında məhv edə biləcək yeganə təbii təhdiddir”, – deyə Zaitsev vurğulayıb.

NOCOMMENT.az bildirir ki, alimin fikrincə, belə bir kosmik cismin okeana düşməsi güclü sunami yarada bilər və nüvə qışının təsirinə səbəb ola bilər.

Zaytsev əlavə edib ki, düzdür, bu dəfə asteroid planetimiz üçün təhlükəli deyil. Yerdən təxminən 6,3 milyon kilometr aralı keçəcək. Ancaq bir neçə onillikdən sonra onun geri dönməsi proqnozlaşdırılır, əgər onun traektoriyası dəyişərsə, obyekt planetin bütün sakinləri üçün çox təhlükəli ola bilər.

Sonda qeyd edək ki, “1998 OR2” asteroidi 1998-ci ildə kəşf edilib və o vaxtdan bəri alimlər onun davranışını izləyirlər.