Alimlərdən xəbərdarlıq  – Fəlakətin astanasındasınızbackend

Alimlərdən xəbərdarlıq – Fəlakətin astanasındasınız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər Avropanın yeraltı su ehtiyatları quruduğu üçün onun fəlakət astanasında olduğu barədə xəbərdarlıq ediblər.

NOCOMMENT xəbər verir ki, 2018 və 2019-cu ilin yayında Mərkəzi Avropada ciddi su qıtlığı yaşanıb. O vaxtdan bəri qrunt sularının səviyyəsində əhəmiyyətli artım müşahidə olunmayıb və bu, davamlı olaraq aşağı səviyyədə qalır.

Yeni bir araşdırma, şiddətli quraqlığın təbii yaşayış yerlərini zədələdiyini, kənd təsərrüfatına təsir etdiyini və böyük enerji çatışmazlığı yaratdığını ortaya qoydu.

Bu uzun sürən quraqlığın təsirləri 2022-ci ilin yayında Avropada özünü daha qabarıq göstərdi.

Çayların quruması, durğun suların tədricən yoxa çıxması həm təbiətə, həm də insanlara ciddi təsir edib.