Alimpaşa Məmmədovun maralları Yeni Zelandiyadan gətirilibbackend

Alimpaşa Məmmədovun maralları Yeni Zelandiyadan gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Alimpaşa Məmmədovun üzə çıxan maral ferması ilə bağlı maraqlı faktlar məlum olub.

NOCOMMENT lent.az-a istinadən xəbər verir ki, keçmiş başçının fermasında saxlanılanlar xallı maral cinsinə aiddir.

Redaksiyaya daxil olan məlumata görə, bu marallar Yeni Zelandiyadan gətirilib.

“Göründüyü kimi cavan olduqları üçün buynuz da çıxarmayıblar. Bu marallar əsasən ovçuluq biznesi üçündür. Onlar xüsusi fermalarda yetişdirilir. Sabiq başçının ferması da bu tiplidir və bu məqsəd üçün yaradılıb”, – deyə mənbə bildirib.