Alimpaşa Məmmədovun məhkəməsi təxirə salınıbbackend

Alimpaşa Məmmədovun məhkəməsi təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə düşüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi hakimlərin işlərinin çox olması səbəbindən təxirə salınıb.

Məhkəmənin növbəti iclasının dekabrın 29-da keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.