Alındakı qırışlar erkən ölümdən xəbər verirbackend

Alındakı qırışlar erkən ölümdən xəbər verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransız tədqiqatçıları 20 il davam edən araşdırmalardan sonra qərara gəliblər ki, alındakı dərin qırışlar erkən ölümün xəbərçisi ola bilər.

NOCOMMENT.az xarici mətbuata stinadən xəbər verir ki, belə ki, həddindən artıq olan qırışlar ürək-damar xəstəliklərinin göstəricisidir. Tədqiqat uzun müddət 32 yaşdan 62 yaşa qədər 3 min sağlam insan arasında aparılıb. Könüllülər alınlarındakı qırışların sayına görə sıralanıb. Beləliklə qırışı olmayanlara sıfır, dərin qırışları olanlara isə üç bal verilib.

Eksperiment müddətində həyatını itirən 233 nəfərin 15.2 faizində iki və daha çox qırış müşahidə olunub. 6.6 faizində bir, 2.1 faiz insanda isə ümumiyyətlə alında qırışlara rast gəlinməyib.