Allahşükür Paşazadə: “Qarabağdakı bütün məbədlərimiz bərpa olunacaq”backend

Allahşükür Paşazadə: “Qarabağdakı bütün məbədlərimiz bərpa olunacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ağ şəhərdə Qənimətlər Parkı var. Biz bu qənimətləri saxlamalı, övladlarımıza göstərməliyik ki, hər zaman bir yerdə ola bilək”.

NOCOMMENT.az apa.az-a istinadən xəbər verir ki, bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

A. Paşazadə Prezident İlham Əliyevin Ağdamda məscidə Quran hədiyyə etməsini xatırladıb: “Mən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəbədə olarkən Allahdan torpaqlarımızın işğaldan azad olunması üçün dua etdik. Prezident Kəbədən gətirilən Quranı Ağdam məscidinə hədiyyə etdi. Bu, həm də duamızın müstəcəb olması ilə bağlı idi. Biz hər zaman dua etməliyik. Qarabağda bütün məbədlərimiz bərpa olunacaq. Prezident İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda məscidin bünövrəsini qoydular. Dünən isə Prezident Şuşada yeni bir məscidin bünövrəsini qoydu. Şuşada Ramazan bayramı münasibətilə namaz qılınması, dua oxunması bizi çox şad etdi. İnşallah, Şuşada hər zaman dua edəcəyik”.