“AllianceBernstein” UBS-“Credit Suisse” birləşməsinə görə İsveçrəni məhkəməyə verirbackend

“AllianceBernstein” UBS-“Credit Suisse” birləşməsinə görə İsveçrəni məhkəməyə verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “AllianceBernstein” investisiya şirkəti ötən il “Credit Suisse” və UBS-nin birləşməsinə görə İsveçrə hökumətini məhkəməyə vermək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Yada salaq ki, 2023-cü ilin martında iflas ərəfəsində olan Credit Suisse təcili olaraq digər İsveçrə bankı UBS-ə satılıb, əməliyyat tamamilə İsveçrə hökumətinin nəzarəti altında olub. Sövdələşmənin bir hissəsi olaraq səlahiyyətlilərin əmri ilə əvvəllər Credit Suisse tərəfindən buraxılmış AT1 istiqrazlarının dəyəri silinib – təxminən 17 milyard dollar.

Bu ilin iyun ayında bir qrup İsveçrə bankı istiqraz sahibi Nyu-Yorkun Cənub Dairəsi məhkəməsində İsveçrə hökumətinə qarşı iddia qaldırıb.

Qəzetin yazdığına görə, AllianceBernstein” İsveçrə hakimiyyətindən itirilmiş vəsaitə görə 225 milyon dollar məbləğində təzminat tələb edəcək.