Alma sirkəsinin faydalarıbackend

Alma sirkəsinin faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alma sirkəsinin bir çox faydaları var. Xüsusilə də yayda alma sirkəsi ayaqların tərləməsi və yorğunluğuna qarşı mükəmməl vasitədir.

NOCOMMENT xəbər verir ki, ayaqların tərləməsi zamanı su-sirkə qarışığı kömək edir. Bunu etmək üçün 200 ml litr alma sirkəsini iki litr ilıq su ilə vanna etmək olar.

Bundan başqa alma sirkəsi ayaq yorğunluğuna qarşı da faydalıdır – alma sirkəsi ilə ayaq hamamı iltihab əleyhinə və qan dövranı təsirinə malikdir və beləliklə ayaqların şişməsinin qarşısını alır.

Həmçinin gündə bir stəkan su ilə qarışdırılan iki yemək qaşığı alma sirkəsi həzmi stimullaşdırmağa, immunitet sistemini gücləndirməyə və həmçinin təravətli dərini təmin etməyə kömək edir.

Eyni zamanda alma sirkəsini vannaya əla etməklə xoşagəlməz mikozdan qurtulmaq olar.

Ürəkdə çırpıntı və ritmin pozulmasına da alma sirkəsi faydalı hesab edilir. Ürək ritminin pozulmasına səbəb həyəcanlanmaq və ürəyin ətrafında yerləşən sinir hüceyrələrinin üzərində olan elektrik axınının müəyyən nöqtədə toquşması nəticəsində baş verir. Alma sirkəsi içdikdə, o sinirləri stabilləşdirir və ürək ritiminin pozulmasının qarşısını alır.

Ümumiyyətlə, mütəxəssilər bildirirlər ki, alma sirkəsi və alma bir arada qəbul edildikdə, ürəkdəki digər problemləri aradan qaldırır.