Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz Group” illik mənfəət hədəfini iki aydan az müddətdə ikinci dəfə azaltdıqdan sonra səhmləri aşağı enib.
NOCOMMENT.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Məlumata görə, lüks avtomobil istehsalçısının səhmləri son iki ilin ən aşağı səviyyəsinə düşüb (7,2 faiz ucuzlaşıb).
Şirkət buna səbəb kimi dünyada ən böyük Çin avtomobil bazarının zəifləməsini göstərib. Qeyd olunub ki, Çində iqtisadi zəiflik, eləcə də daşınmaz əmlak bazarındakı böhran avtomobillərə olan tələbata ciddi zərbə vurub. Nəşrin yazdığına görə, bu, təkcə “Mercedes”in deyil, “Volkswagen”, “Porsche” və “BMW”nin də başağrısına çevrilib.