Rusiya Silahlı Qüvvələri müdafiə xəttini o dərəcədə gücləndirə bildi ki, hətta Qərb texnikasının tədarükü də Ukrayna qoşunlarına cəbhə xəttində hücumu sürətləndirməyə kömək etmir.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Almaniya Silahlı Qüvvələrinin general-mayoru və ölkənin Müdafiə Nazirliyinin Ukrayna üzrə Xüsusi Qərargah rəisi Kristian Freydinq Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, döyüş bölgəsində bəzi ərazilərdə minalanmış sahələrin uzunluğu bir neçə kilometrə çatır.
Üstəlik, Freydinqin dediyi kimi, Ukrayna hərbçilərinin Qərbdə təlim keçməsi də mənasızdır. Xarici mütəxəssislərin Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə öyrətdikləri taktika heç bir nəticə vermir.
“Əgər motoatıcı taqım mina sahəsi ilə qarşılaşarsa, biz öyrədirik: siqaret çək, geri çəkil, ətrafı gəz, yenidən cəhd et. Uzunluğu 10 kilometrə qədər olan maneə ilə belə bir taktiki yanaşma mümkün deyil”, – deyə general-mayor izah edib.
O əlavə edib ki, ukraynalı doyüşçülər mərmiləri əllə təmizləməli olurlar. Amma bu cür fəaliyyətlər çox vaxt aparır və böyük itkilərə səbəb olur, deyə ekspert aydınlaşdırıb.