Almaniyanın Mərkəzi Limanlar İttifaqı (ZDS) Almaniya Müdafiə Naziri Boris Pistoriusdan mümkün müharibəyə hazırlıq üçün müdafiə büdcəsindən vəsait ayrılmasını xahiş edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
İttifaqın məktubunda qeyd olunur ki, limanlar hərbi ssenarilər üçün loqistika mərkəzi rolunu oynayır və müharibə vəziyyətində “ilk hücum xətti” kimi fəaliyyət göstərir.
ZDS hesab edir ki, onlar hər zaman hazır olmalıdırlar, “hətta ümid edirik ki, müharibə heç vaxt baş verməyəcək”.
Nəşr iddia edir ki, hazırlıq və müdafiə tədbirlərinin maliyyələşdirilməsi üçün büdcədən 3 milyard avro lazımdır. Vəsaitlər ağır yükdaşımalar üçün meydançaların, yanalma qurğularının təchiz edilməsinə, habelə liman obyektlərinin hücumlardan və kibertəhlükələrdən qorunması tədbirlərinin həyata keçirilməsinə yönəldiləcək.