Almaniyanın daxili işlər naziri Nensi Fezer Almaniya sərhədlərində nəzarətin 2025-ci ilin martından sonra saxlanmalı olması barədə danışıb.
NOCOMMENT.az xarici mediaya istinadla xəbər verir ki, həmin vaxt ölkə hakimiyyəti sərhədlərə nəzarəti rejiminin uzadılması ilə bağlı qərar verməli olacaq.
“Qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması və sərhədi qanunsuz keçməyə kömək edən cinayətkarlarla mübarizə üzrə genişmiqyaslı tədbirlərimiz öz nəticəsini verir”, – Daxili İşlər Nazirliyinin rəhbəri “Augsburger Allgemeine” qəzetinə müsahibəsində bildirib.
O, əlavə edib ki, AB-nin xarici sərhədlərinin qorunması əhəmiyyətli dərəcədə gücləndirilənə qədər bu nəzarətə ehtiyac var.\\Musavat.com