Alman ordusu NATO öhdəliklərini yerinə yetirmirbackend

Alman ordusu NATO öhdəliklərini yerinə yetirmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya ordusunun 2025-ci ilə qədər həm şəxsi heyət, həm də texnika çatışmazlığı səbəbindən NATO-da vəd etdiyi vəzifələri yerinə yetirə bilməyəcəyi bildirilib.

NOCOMMENT xəbər verir ki, “Bild” qəzeti Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Alfos Maisin Baş Qərargah rəisinə göndərdiyi 14 səhifəlik hesabatla bağlı məlumat yayıb.

Hesabatda Almaniyanın 2025-ci ilə qədər həm kadr, həm də texnika çatışmazlığı səbəbindən NATO-da vəd etdiyi öhdəlikləri yerinə yetirə bilməyəcəyi bildirilib.

Mais’in, “Bütün səylərə baxmayaraq, ordu yalnız 2025-ci ilə qədər məhdud bir əməliyyat hazırlığı qura biləcək” dedi. İfadənin verildiyi hesabatda bütün ordunun ehtiyatları müzakirə edilsə belə, ordunun 2025-ci ildə arzu olunan sistemlərlə tam təchiz olunmayacağına diqqət çəkilib.

Hesabatda tədbir görülmədiyi təqdirdə şəxsi heyətin və materialların tükənəcəyi diqqətə çatdırılıb və bu səbəbdən müdafiə büdcəsinin davamlı olaraq artırılmasına çağırılıb.