Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə gözlənilən səfəri Almaniya hüquq-mühafizə orqanları üçün problemə çevrilib.
NOCOMMENT.az bildirir ki, bu barədə Bild qəzeti yazır.
Metropoliten Polis Birliyinin rəhbəri Benjamin Gendronun nəşrə işarə etdiyi kimi, səfər ərəfəsində bütün mövcud qüvvələr “maksimum təhlükəsizliyi təmin etmək üçün” yerləşdirilməli idi. Onun sözlərinə görə, bu cür hazırlıq iş vaxtından artıq işləməli və “şəxsi həyatlarını ikinci plana atmalı olan” hüquq-mühafizə orqanlarının əməkdaşları üçün “super fəlakət”ə çevrilib.
Avqustun 13-də Zelenski Berlinə gələcək və amerikalı həmkarı Donald Trampla videokonfransda iştirak edəcək. Videokonfransda Avropa ölkələrinin liderləri də iştirak edəcək. Bundan əlavə, Zelenski Almaniya kansleri Fridrix Merzlə danışacaq.