Alman polisindən türk ailəyə qarşı vəhşilik – FOTObackend

Alman polisindən türk ailəyə qarşı vəhşilik – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Köln şəhərində yaşayan türkəsilli vətəndaş Erhan Küçük polislərin hücumuna məruz qalıb.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, E.Küçük 9 yaşlı qardaşı oğlu üçün aldığı oyuncaq silaha görə işgəncə ilə üzləşib.

Belə ki, daxil olan şikayət əsasında xüsusi təyinatlı alman polisləri onun evinə basqın edib. Polislər ev sahibini vəhşicəsində döyüblər. Onun köməyinə gələn həyat yoldaşına silah tuşlayan polis əməkdaşları ailəyə dəhşət dolu anlar yaşadıblar.

Hadisə zamanı burnu qırılan E.Küçük görmə qabiliyyətinin zəiflədiyini, danışmaqda çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, təxminən 15 polis xidməti itlərlə evə hücum çəkib, ailəni döydükdən sonra barələrində aşağılayıcı sözlər işlədib.

Türkiyəli ailə üzləşdikləri xoşagəlməz hadisə ilə əlaqədar aidiyyatı qurumlara müraciət ünvanlayaraq, polis işçilərinin cəzalandırılmasını tələb edib.

Modern.az