Alman yarış trekində partlayış baş veribbackend

Alman yarış trekində partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Nürburqrinq yarış trekində partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb .

Mənbənin məlumatına görə, insident altı saatlıq ADAC Ruhr Kubokunun dözümlülük yarışı zamanı baş verib. Qaz balonunun partladığı qeyd edilir. Nəticədə 22 nəfər xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb. Onlar xilasedici helikopterlə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Almaniya hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Onlar hadisə yerini mühasirəyə alıblar.

İyun ayında Çexiyada Jicin şəhərinin küçələrində keçirilən ənənəvi tarixi motosiklet yarışı zamanı motosiklet yarışçısı tamaşaçı kütləsinə çırpılıb , nəticədə 5 nəfər xəsarət alıb.