Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Rot Avropa İttifaqını ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynaya gələcək dəstək haqqında saziş bağlamağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rheinische Post məlumat yayıb.
“Avropa nəhayət strateji hücuma keçməli və Trampa sövdələşməni təklif etməlidir: Aİ və Avropa dövlətləri Ukraynanın maliyyələşdirilməsini tamamilə öz üzərinə götürəcək – Avropa dövlətlərinin hələ ki, malik olmadığı hərbi texnika ABŞ tərəfindən Ukrayna üçün alınacaq”, – deyə o vurğulayıb.