Almaniya bu şəxslərin ölkədə qalma müddətini daha 3 ay uzatdıbackend

Almaniya bu şəxslərin ölkədə qalma müddətini daha 3 ay uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Almaniya hökuməti yaxınları ilə birlikdə Almaniyaya gələn zəlzələ qurbanlarının viza rahatlığı təmin edərək qalma müddətini daha 3 ay uzadıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər və Daxili İşlər Nazirliyindən ortaq yazılı açıqlama verilib.

Açıqlamada, 6 fevral – 7 may 2023-cü il tarixləri arasında Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən verilmiş etibarlı viza ilə Almaniyaya daxil olanların avqustun 6-dək yaşayış icazəsi tələbindən azad ediləcəyi bildirilib.

Açıqlamada sözügedən tənzimləmənin sabahdan qüvvəyə minəcəyi və bunun “sadələşdirilmiş proses” yolu ilə viza almış və Almaniyada qanuni olan Türkiyə vətəndaşları üçün keçərli olduğu bildirilib.

NOCOMMENT.AZ