Almaniya Çini sanksiyalarla hədələdibackend

Almaniya Çini sanksiyalarla hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya rəsmi Pekini sanksiyalarla hədələyib.

NOCOMMENT.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Aİ-nin yüksək səviyyəli diplomatlarının Ukrayna münaqişəsi fonunda Çinin Rusiyaya hərbi dəstək verdiyinə dair son kəşfiyyat məlumatları müzakirə etmək üçün toplaşdığı Brüsseldə görüş zamanı Pekini sanksiyalarla hədələyib.

Görüşdən əvvəl yüksək səviyyəli bir Aİ rəsmisi, “kəşfiyyat mənbələrindən əldə edilən hesabatların” “Rusiyaya göndərilən pilotsuz təyyarələr istehsal edən Çin daxilində bir fabrikin mövcudluğuna” işarə etdiyini söylədi. Adı açıqlanmayan mənbə iddiaları “inandırıcı” və “etibarlı” adlandırdı, lakin Çin və Rusiya arasında birbaşa hərbi əməkdaşlığa dair heç bir aydın dəlil olmadığını etiraf edildi.

Baerbok Aİ xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib ki, belə bir əməkdaşlıq təsdiqlənərsə, sanskiyalar tətbiq olunması gözləniləndir.