Almaniya, Fransa və İtaliya liderləri Ukraynada səfərdədirlərbackend

Almaniya, Fransa və İtaliya liderləri Ukraynada səfərdədirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın üç ölkəsinin liderinin Ukraynaya səfər proqramı açıqlanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı “RBK-Ukraina” yayıb.

Onun sözlərinə görə, ölkə paytaxtı Kiyev yaxınlığında yerləşən, dinc sakinləri Rusiya hərbçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilən İrpen şəhərinə səfər edəcəklər. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.

Məlumata görə, Emmanuel Makron Kiyevdə ilk bəyanatla çıxış edib.

O, Avropa İttifaqının Ukrayna xalqı ilə tam həmrəy olduğunu vurğulayıb: “Biz Avropa İttifaqının dəstək ismarışını da gətirmişik. Bu, çox vacib məqamdır. Ukrayna Prezidenti Volodimir Zelenski bütün ukraynalılara Avropanın dəstək ismarışını alacaq”.

Bildirilib ki, iyunun 16-da yerli vaxtla saat 14.00-da Emmanuel Makron, Olaf Şolts və Mario Draqi səfərin yekunu ilə bağlı mətbuat konfransı keçirəcəklər.