Almaniya Gürcüstanda 237 milyon avroluq layihələri dayandırıbbackend

Almaniya Gürcüstanda 237 milyon avroluq layihələri dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti Gürcüstanda ümumi dəyəri 237 milyon avro olan layihələrin həyata keçirilməsini dayandırmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın Tbilisidəki səfiri Peter Fişer bildirib.

Onun “X” sosial şəbəkəsində yazdığı mesaja görə, bu qərara səbəb “Gürcüstanın Aİ yolundan dönməsi”, eləcə də etirazların yatırılması olub.

“Biz yaşıl hidrogenin, enerji şəbəkəsinin, Batuminin su infrastrukturunun inkişafını dayandırdıq”, – Fişer qeyd edib.