Almaniya İsraili Qəzzadakı mülki vətəndaşların qayğısına qalmağa çağırıbbackend

Almaniya İsraili Qəzzadakı mülki vətəndaşların qayğısına qalmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, İsrail Qəzzanın mülki əhalisinin təhlükəsizliyini təmin etməlidir. Bu barədə Reuters məlumat yayıb.

Departament qeyd edib ki, Berlin hərbi əməliyyatların qaçqınlarla dolu cənub bölgələrinə yayılmasından ehtiyat edir.

“İsrail təkcə Qəzza şəhərinin mülki əhalisini təhlükəsiz yerə köçmək zərurəti barədə məlumatlandırmamalı, həm də bunu mümkün etməlidir”, – XİN sözçüsü bildirib.

Onun sözlərinə görə, İsrailin mülki itkilərdən yayınmasını və humanitar qanunlara hörmət etməsini təmin etmək vacibdir.