Almaniya kansleri: Azadlıq və sülh üçün əsas təhlükə Rusiyadırbackend

Almaniya kansleri: Azadlıq və sülh üçün əsas təhlükə Rusiyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Avropada azadlığa, sülhə və sabitliyə ən böyük təhdid olub və olaraq qalır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mersə istinadən RİA Novosti xəbər verib.

Berlində keçirilən mətbuat konfransında o bildirib ki, Almaniya hökuməti Milli Təhlükəsizlik Şurasının yaradılmasını təsdiqləyib. Yeni qurum orta və uzunmüddətli təhdidlərin müəyyən edilməsi üçün strateji proqnozlaşdırma və planlaşdırma ilə məşğul olacaq.

“Məhz bu qurum milli təhlükəsizliklə bağlı hərtərəfli məsələlərin həlli üçün federal hökumətin mərkəzi platformasına çevriləcək”, – Mers qeyd edib.