NOCOMMENT.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz dünyanın Ukraynaya dəstəyinin azalacağını bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Hər şey Putinin Ukraynanı hərbi cəhətdən diz çökdürməkdə həmişə olduğu kimi qərarlı olduğunu göstərir. O, Ukraynaya beynəlxalq dəstəyin azalacağını bildirib. Təəssüf ki, biz bu hesablamanın işləyə biləcəyi təhlükəsini azalda bilmərik”,- deyə Şolz bildirib.
Bundan əvvəl Şolz Almaniyanın dövlət büdcəsində Ukraynaya yardım üçün səkkiz milyard avro və Ukraynadan olan qaçqınlar üçün altı milyard avronun nəzərdə tutulduğunu bildirmişdi.