Almaniya kansleri Şoltsdan Çinə çağırışbackend

Almaniya kansleri Şoltsdan Çinə çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts Çini Rusiyaya müharibədə istifadə etmək üçün silah göndərməməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, çıxışında açıq çağırış edib:

“Rusiya qoşunlarının çıxarılmasını təmin etmək üçün Moskvadakı təsirinizdən istifadə edin. Təcavüzkar Rusiyaya heç bir silah təhvil verməyin”.

Moskvaya silah dəstəyi əvəzinə müharibəni bitirmək üçün təzyiq göstərilməli olduğunu bildirən Şolts Çinin müharibənin ilk ilində dərc etdiyi Ukrayna böhranı ilə bağlı mövqeyini ehtiva edən 12 maddəlik sənədi müsbət qarşıladığını bildirib.

NOCOMMENT.AZ