Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampla Ukraynadakı münaqişənin həlli üçün birgə səyləri müzakirə etmək istədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, diqqəti bir gün əvvəl Trampla Rusiya prezidenti Vladimir Putin arasında uzun telefon danışığı aparmasına yönəldib, kanslerin sözlərinə görə, bunun konkret nəticəsi olmayıb.
“Biz bu müharibəyə son qoymaq üçün birgə səylərin bundan sonra da davam etdirilməsini müzakirə etməliyik”, – deyə o vurğulayıb.
Merzin Trampla danışıqlarda qaldırmaq istədiyi digər mövzular arasında kansler NATO-nun gücləndirilməsini də qeyd edib. Eyni zamanda o qeyd edib ki, Almaniya “Avropanın ən güclü nizami ordusunu əldə etməyə” çalışır. Onun sözlərinə görə, Almaniya iqtisadiyyatının inkişafı bunu etməyə imkan verir. Bundan əlavə, o, Almaniyanın Avropa İttifaqının ən çox əhalisi olan ölkə olduğunu və “Avropanın geostrateji mərkəzində” yerləşdiyini diqqətə çatdırıb.