Almaniya kansleri Fridrix Mers Berlində səfirlər konfransında bildirib ki, Ukraynanı dəstəkləmək zərurəti hələ “çox uzun müddət” davam edə bilər.
NOCOMMENT.az xəbər verir ki, onun açıqlaması Almaniya Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanıb.
“Bu, faktlardandır və biz artıq nəticə çıxarmışıq: Ukraynanın Avropada sülh uğrunda mübarizəsini dəstəkləmək, ona yardım göstərmək zəruridir. Bu, çox uzun müddət davam edə bilər”, – deyə Merts qeyd edib.
Kansler həmçinin bildirib ki, Rusiya Şimal və Baltik dənizlərində Almaniya infrastrukturuna hücum edir və onların intensivliyi artmaqdadır.