Almaniya kansleri: Ukraynanın əsas zəmanəti ordusunun dəstəklənməsidirbackend

Almaniya kansleri: Ukraynanın əsas zəmanəti ordusunun dəstəklənməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Fridrix Mers bildirib ki, sentyabrın 4-də “istəklilər koalisiyası” Ukraynaya təhlükəsizlik zəmanətləri və gələcək dəstək məsələlərini müzakirə edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, İsveçrə prezidenti Karin Keller-Zutterlə birgə mətbuat konfransında açıqlama verib, məlumatı TASS yayıb.

Onun sözlərinə görə, görüş videokonfrans formatında keçiriləcək.

“Ötən həftə Tulonda Fransa prezidenti Emmanuel Makronla, həmçinin britaniyalı tərəfdaşlarla razılıq əsasında bu həftə daha bir videokonfrans təşkil etməyə qərar verdik. Orada Ukraynaya göstəriləcək gələcək yardım məsələsi müzakirə olunacaq. Təhlükəsizlik zəmanətləri mövzusu da müəyyən rol oynayacaq”, – deyə Almaniya hökumət başçısı qeyd edib.

Mersin sözlərinə görə, Ukrayna üçün “ən vacib təhlükəsizlik zəmanəti” ordusunun kifayət qədər dəstəklənməsidir. O vurğulayıb ki, “istəyənlər koalisiyası” Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirmək niyyətindədir.

“Biz bilirik ki, atəşkəs və mümkün sülh danışıqlarından sonra da bunu davam etdirməliyik”, – deyə kansler əlavə edib.