Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal bildirib.
“Rusiya silahlı qüvvələri bu onilliyin sonundan gec olmayaraq NATO-ya zərbə endirməyə hazır olmalıdır”, – o, Bundestaqın Parlament Nəzarət Komitəsində keçirilən dinləmələrdə deyib.
Kahl vurğulayıb ki, Kreml Almaniyaya əsas rəqiblərindən biri kimi baxır, xüsusən də Berlin Ukraynaya dəstək verən ölkələr arasında ikinci yerdədir.
“Biz Rusiya ilə birbaşa qarşıdurmadayıq”, – deyən Kahl əlavə edib ki, Putinin məqsədləri Ukraynanı ələ keçirməkdən kənara çıxır və yeni dünya nizamı yaratmaqdır.