Almaniya Kiyevə dəyəri 340 milyon avrodan çox olan radarlar verəcəkbackend

Almaniya Kiyevə dəyəri 340 milyon avrodan çox olan radarlar verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Hensoldt” müdafiə sənayesi şirkəti Kiyevi 340 milyon avrodan çox dəyərində radarlarla təchiz etmək üçün sifariş alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə deyilir.

Ukrayna konkret olaraq TRML-4D yüksək ayırdetməli radar və SPEXER 2000 3D MkIII qısa mənzilli radarlarla təchiz ediləcək.

TRML-4D 250 km-ə qədər radiusda qanadlı raketlər, dronlar, təyyarələr və helikopterlər də daxil olmaqla 1500-ə yaxın hədəfi aşkar etməyə və izləməyə imkan verən ən son AESA (Active Electronically Scanned Array) texnologiyasına əsaslanır.

SPEXER radarları isə alçaqdan uçan obyektləri aşkar etməyə qadirdir.