Almaniya Litvada daimi hərbi bazanın tikintisinə başlayıbbackend

Almaniya Litvada daimi hərbi bazanın tikintisinə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvada Almaniyanın İkinci Dünya Müharibəsindən sonra ilk daimi xarici hərbi bazasının tikintisinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu məlumatı “Financial Times” (FT) yayıb.

“Bu həftə Litvada, Belarusla sərhəd yaxınlığında, 2027-ci ilə qədər təxminən dörd min Bundesver əsgərinin yerləşəcəyi Alman ordusunun yeni kazarmalarında tikinti işlərinə başlanılıb”, – nəşr yazır.

Məqalə müəlliflərinin qeyd etdiyi kimi, bu hadisənin sensasiyaya səbəb olacağı gözlənilən idi, lakin Ukraynaya hərbi yardımın azaldılması ilə bağlı xəbərlərin kölgəsində qaldı və bu, Almaniyanın gücünü yox, zəifliyini göstərdi.

Bundan əvvəl alman mediası yazıb ki, Berlin Kiyevə hərbi dəstəyi azaltmalı olacaq, çünki Almaniya Nazirlər Kabinetinin hazırkı büdcə planına uyğun olaraq, hazırda bu məqsədlər üçün yeni pul yoxdur. Eyni zamanda Almaniya kansleri Olaf Şolz əmin edib ki, ölkə bundan sonra da Kiyevə Avropada ən böyük yardımı göstərəcək.