Almaniya Federativ Respublikasının keçmiş iqtisadiyyat və energetika naziri, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Ziqmar Qabriel hesab edir ki, ölkədə hakimiyyət miqrantların inteqrasiyasının öhdəsindən gəlmir.
NOCOMMENT.az xəbər verir ki, Onun sözlərini “Neue Osnabrücker Zeitung” nəşri sitat gətirir.
“İnsanlar kor deyillər və görürlər ki, bir tərəfdən Avropa öz xarici sərhədlərini qorumaqda səmərəsizdir, digər tərəfdən isə biz bura gələn miqrantları inteqrasiya etməkdə bir çox sahələrdə uğursuz oluruq”.
Keçmiş nazir vurğulayıb ki, məhz demokratik partiyalar belə mövzuları gündəmə gətirməli, vəziyyəti dəyişməyə çalışmalıdırlar.
Dekabrın əvvəlində Almaniyanın Gera şəhərində 1,2 mindən çox insan qaçqınların qəbulu mərkəzinin açılmasına etiraz olaraq küçələrə çıxıb.