Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 4 milyard avro istəyibbackend

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 4 milyard avro istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO sammiti ərəfəsində Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya hərbi yardım göstərmək üçün 2024-cü il üçün əlavə 4 milyard avro istəyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Nəşrin məlumatına görə, Pistorius Almaniyanın maliyyə naziri Kristian Lindnerdən əlavə vəsait istəyib, çünki hazırkı federal büdcədə Ukraynaya dəstək üçün ayrılan 7 milyard avronun böyük hissəsi xərclənib və ya müqavilələrə bağlanıb. 2024-cü ilin ikinci yarısı üçün yeni silah tədarükü üçün 200 min avrodan bir qədər az qalıb.

Pistorius Lindnerə qeyri-rəsmi məlumat verib ki, 2024-cü ilin ikinci yarısında Ukrayna qoşunlarına hərbi yardım daha 4 milyard avro artırılmalıdır.