Almaniya NATO mexanizmi ilə Ukraynaya hərbi yardım paketini maliyyələşdirirbackend

Almaniya NATO mexanizmi ilə Ukraynaya hərbi yardım paketini maliyyələşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya NATO-nun Prioritized Ukraine Requirements List (PURL) mexanizmi çərçivəsində ABŞ-ın Ukraynaya silah tədarükünü 500 milyon dollara qədər maliyyələşdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirlik bildirib: “Almaniya digər müttəfiqlərlə birlikdə PURL mexanizmi çərçivəsində ilkin kompleks dəstək paketlərindən birini ümumi dəyəri 500 milyon dollara qədər maliyyələşdirməyə hazırdır.”

Bildirilib ki, Şimali Atlantika Alyansı bu qərarın icrasını koordinasiya edəcək və Ukraynanın “ən təcili ehtiyaclarının” ödənilməsini təmin edəcək. Pakətlərə ABŞ-dan fərqli olaraq, Avropa tərəfdaşları və Kanada tərəfindən istehsal olunmayan və ya daha yavaş tədarük edilə bilən hərbi məhsullar da daxil ediləcək.