Polşanın hava məkanına daxil olan pilotsuz təyyarələrlə bağlı insident səbəbindən Almaniya NATO-nun şərq sərhədlərində hərbi mövcudluğunu gücləndirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Konelius jurnalistlərə məlumat verib.
“Almaniya hökuməti Polşa hava məkanının son pozuntularına cavab olaraq NATO-nun şərq sərhədində iştirakını gücləndirəcək”, – deyə Konelius bildirib.