Almaniya Nazirlər Kabineti həftənin sonunda Baydenin Almaniyaya səfərini təsdiqləyibbackend

Almaniya Nazirlər Kabineti həftənin sonunda Baydenin Almaniyaya səfərini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti ABŞ prezidenti Co Baydenin bu həftənin sonunda respublikaya səfər edəcəyini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Büxner Berlində keçirdiyi brifinqdə bildirib.

“Hər şey çox qısa müddətdə həll olundu. Amma mən təsdiq edə bilərəm ki, ABŞ prezidenti Bayden Almaniyaya səfərini bu həftənin sonunda tamamlayacaq”, – Büxner bildirib.

“Hazırda səfəri ətraflı şəkildə planlaşdırmaq üçün amerikalı tərəfdaşlarımızla çox sıx əlaqə saxlayırıq və ən qısa zamanda əlavə təfərrüatlar barədə məlumat verəcəyik”, – deyə o vurğulayıb.

Lakin Almaniya Nazirlər Kabinetinin nümayəndəsi əlavə məlumat verməyib.