Almaniya ordusu Rusiya ilə münaqişəyə hazırlaşırbackend

Almaniya ordusu Rusiya ilə münaqişəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya Silahlı Qüvvələri (Bundesver) Rusiya ilə münaqişəyə hazır olmaq üçün 2028-ci ilə qədər yenidən silahlanmalıdır”.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bunu “Tagesspiegel” nəşrinə müsahibəsində Bundesverin Satınalmalar İdarəsinin rəhbəri Annet Lönik-Emden deyib.

Onun sözlərinə görə, 2028-ci ilə qədər tam müdafiə hazırlığı üçün zəruri olan hər şey alınmalıdır.

Lönik-Emden iddia edir ki, Rusiya 2029-cu ilə qədər NATO ölkələrinə hücum edə bilər və ya bunu etməyə hazır olacaq.