Almaniya ordusundakı hərbçilərin sayını artıracaqbackend

Almaniya ordusundakı hərbçilərin sayını artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın müdafiə naziri Boris Pistorius, 2031-ci ilə qədər Almaniya Silahlı Qüvvələrində (Bundesver) hərbi personalın sayını 203 minə çatdırmaq məqsədinə çatmaq üçün əllərindən gələni etdiklərini söylədi.

NOCOMMENT.az xəbər verir ki, nazir Pistorius Kölndəki Silahlı Qüvvələrin Personal İdarəetmə Federal İdarəsini ziyarət etdikdən sonra jurnalistlərə açıqlama verib.

O, COVID-19 epidemiyasından sonra müraciət edənlərin sayında azalma olduğunu və ixtisaslı kadr çatışmazlığının ən böyük problem olduğunu qeyd edib.

“Daha çox əsgər toplamaq üçün müraciət prosesi yaxşılaşdırılmalıdır.Müraciət edənlərə nə vaxt başlaya biləcəkləri daha tez və dərhal bildirilməlidir ki, maraqlarını tez itirməsinlər.”

NOCOMMENT.AZ