Almaniya ötən il yenidən silahlanmaya 31 milyard avro xərcləyibbackend

Almaniya ötən il yenidən silahlanmaya 31 milyard avro xərcləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Almaniya Silahlı Qüvvələri yenidən silahlanmaya 31 milyard avrodan çox vəsait xərcləyib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Bundesverin avadanlıq, informasiya texnologiyaları və texniki dəstək üzrə federal idarəsinin rəhbəri Annett Lenik-Emden “Funke” media qrupuna bildirib.

“Ötən il biz təxminən 12 min satınalma müqaviləsi bağladıq. 2021-ci ildə biz 17 milyard avrodan bir qədər az, 2024-cü ildə isə 31 milyard avrodan çox vəsait xərclədik. Biz həcmləri artırmağa davam edəcəyik”, – deyə o bildirib.

Lenik-Emden satınalmalarda prioritet istiqamətlər kimi hava hücumundan müdafiə vasitələrini və döyüş sursatlarını qeyd edib.