Almaniya parlamenti 2023-cü il üçün əlavə büdcəni təsdiqləyibbackend

Almaniya parlamenti 2023-cü il üçün əlavə büdcəni təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya parlamenti 2023-cü il üçün əlavə büdcəni təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, Almaniya parlamentinin aşağı palatası əlavə büdcənin qəbul edilməsinə və dövlətin 2023-cü il üçün borc büdcəsinin zəruri səs çoxluğu ilə artırılmasına imkan verməyən “borc əyləci” nin fəaliyyətinin dayandırılmasına səs verib. Bu barədə Spiegel məlumat yayıb.

Məlumatda bildirilir ki, borc əyləci ardıcıl dördüncü ildir dayandırılır.

Nəşr vurğulayır ki, Bundestaqın 392 deputatı əlavə büdcənin lehinə, 274 parlamentari isə əleyhinə səs verib.

Spiegel qeyd edir ki, yeni borc demək olar ki, 70,6 milyard avro təşkil edir ki, bu da icazə verilən borc məbləğindən 44,8 milyard çoxdur.