Almaniya prezidenti: Sizin dərdiniz bizim dərdimizdirbackend

Almaniya prezidenti: Sizin dərdiniz bizim dərdimizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Kahramanmaraşda baş verən zəlzələlərdə yas tutanlara “Ağrınızı görürük, ağılarınızı eşidirik. Ağrınız bizim ağrımızdır” deyib.

NOCOMMENT xəbər verir ki,  Almaniya prezidenti Frank-Valter Ştaynmayer sosial mediada paylaşdığı videomüraciətdə bazar ertəsindən etibarən Türkiyə və Suriyadan gələn görüntülərə görə dərindən kədərləndiklərini bildirib.

Bir çox insanın evlərinin xarabalıqları altında qaldığını vurğulayan Steinmeier, “Onların çoxu evlərini və əşyalarını itirdi. ” ifadəsini işlətdi.

Zəlzələdən sağ çıxanların itkiləri üçün yas tutduğunu bildirən Ştaynmayer, “Biz tez-tez sevdiklərini axtarmaq üçün çılpaq əlləri ilə dağıntıları qazan insanların şahidi oluruq. Uzaqdan belə dözülməz səhnələr görürük. Ölən qızının əlindən tutub buraxmaq istəməyən ata görürük” dedi.