Almaniya Qəzzanın təhlükəsizliyinə zəmanət verməyə hazırdırbackend

Almaniya Qəzzanın təhlükəsizliyinə zəmanət verməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin anklavı ilə İsrail arasında münaqişə bitəndə Almaniya Qəzza zolağının təhlükəsizliyinin təminatçısı ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Funke media qrupuna açıqlamasında deyib.

“Biz iki dövlətin sülh şəraitində birgə yaşaması üçün keçid dövrü üçün qorunma haqqında danışırıq. Bu, yalnız beynəlxalq təhlükəsizlik zəmanətləri olduqda işləyə bilər”, – Berbok bildirib.

Almaniyanın xarici işlər naziri iddia edir ki, İsrail tam təhlükəsizliyə zəmanət verməlidir, fələstinlilər isə öz torpaqlarında sakit, təhlükəsiz və ləyaqətlə yaşamaq imkanına malik olmalıdırlar. Berbok hesab edir ki, bunun üçün həm İsrailə dost ölkələrin, həm də fələstinlilərin etibar etdiyi ərəb dövlətlərinin iştirakı lazımdır.

Berbok əlavə edib ki, HƏMAS-a bağlı olmayan fələstinlilər Qəzzaya nəzarəti ələ keçirməlidirlər.